ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni müharibə kimi xarakterizə etməkdən imtina edib.
"Cebheinfo.az" "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda “CBS News” məlumat yayıb.
“Mən müharibə sözünü işlətmək fikrində deyiləm, çünki, necə deyərlər, bu sözü işlətmək ən yaxşı seçim olmaya bilər”, - Ağ Ev rəhbəri izah edib.
Tramp qeyd edib ki, “müharibə” sözü respublikaçılar arasında populyar deyil. Prezident əlavə edib ki, “hərbi əməliyyat” ifadəsini işlədəcək.
"Cebheinfo.az"