AZ

Reuters: Rusiyanın neft ixrac gücünün 40%-i sıradan çıxarılıbReuters: Rusiyanın neft ixrac gücünün 40%-i sıradan çıxarılıb

Ukrayna hücumları və Rusiya "kölgə donanması" tankerlərinin saxlanılması nəticəsində Rusiyanın xaricə neft tədarükü gücünün ən azı 40%-i (gündə 2 milyon barel) müvəqqəti olaraq sıradan çıxarılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

"Bu, Rusiyanın müasir tarixində neft tədarükündə ən ciddi pozuntudur və bu, neftin qiymətinin İranla [ABŞ və İsrailin] müharibəsi səbəbindən bareli 100 dollardan yuxarı qalxdığı bir vaxtda baş verib", - deyə Reuters qeyd edir.

Agentlik Baltik dənizindəki hər iki ixrac limanında - Primorsk və Ust-Luqada neftin göndərilməsini kəsilmiş hesab edir. Qara dənizdəki ixrac limanı Novorossiyskdə isə göndərmənin planlaşdırılmış səviyyədən aşağı olduğu iddia edilir. Mart ayında hər üç liman Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.

Həmçinin, yanvarın sonunda dayandırılmış "Drujba" neft kəməri ilə neft tədarükü hələ də bərpa olunmayıb. Kiyev iddia edir ki, neft kəməri Rusiyanın zərbələri nəticəsində zədələnib.

Bundan əlavə, son vaxtlar Avropada Rusiya "kölgə donanması" tankerlərinin saxlanılması halları artıb. Neft treyderləri Reutersə bildiriblər ki, bu, Murmanskdan gündə 300 min barel neft tədarükünü pozub.

Agentliyin məlumatına görə, Çinə (gündə təxminən 1,9 milyon barel neft) və Belarusiyaya (gündə təxminən 300 min barel) tədarüklər, həmçinin "Saxalin-1" və "Saxalin-2" neft layihələrindən (gündə təxminən 250 min barel) göndərmələr hələlik fasiləsiz davam edir.

Almaz Həsənli

Seçilən
15
1
oxumeni.az

2Mənbələr