Bakı. Trend:
İrana humanitar yardım aparan Rusiya Fövqəladə HallarNazirliyinin yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin“Qaradağ” stansiyasına daxil olub.
Trend xəbərverir ki, əsasən dərman vasitələrindən ibarət olan humanitar yükünümumi çəkisi 300 tondan çoxdur. Yükün daha sonra İran ərazisindətəyinat nöqtəsinə avtomobil nəqliyyatı vasitəsilə çatdırılmasıplanlaşdırılır.
Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyitərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbiləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindəntranzit keçməklə İrana yola salınmışdı.
Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir PutinAzərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbətzamanı V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsi zamanıgöstərilən operativ dəstəyə, həmçinin ölkəsinin İrana yönəlmişhumanitar yardımının Azərbaycan ərazisindən keçidi üçün yaradılanşəraitə görə minnətdarlığını bildirib.
Regionda müşahidə olunan gərginlik fonunda humanitar yüklərinfasiləsiz daşınması beynəlxalq əməkdaşlığın və tranzit imkanlarınınəhəmiyyətini bir daha önə çıxarır.