AZ

Bu ölkədə elektron siqaretlər qadağan edilə bilər

Rusiyada elektron siqaretlərə (veyplər və mayelər daxil) qadağa qoyulması təklif olunur.

“Cebheinfo.az” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Sənaye Məhsullarının Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu təşəbbüsü dəstəkləyib.

İclasdan sonra bununla bağlı qanun layihəsi hazırlana bilər. Əvvəlcə bazara nəzarətin gücləndirilməsi müzakirə olunsa da, iştirakçılar yekdilliklə tam qadağanı daha məqsədəuyğun sayıb.

Qeyd edək ki, məhdudiyyətlərə məruz qalan cihazların siyahısı, eləcə də qanun layihəsinin müəllifi daha sonra müəyyən ediləcək.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr