Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Qaradağ” stansiyasına çatıb.
KONKRET.az xəbər verir ki, dərman vasitələrindən ibarət yükün ümumi çəkisi 300 tondan çoxdur.
Qeyd edək ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü – dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.