“Qonşularımız bizə əhəmiyyətli dərəcədə yardım göstərdi”.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, iranlıların təxliyəsi məsələsində göstərilən əməkdaşlığa görə qonşu ölkələrə təşəkkür edib:
“Xüsusilə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Ermənistan, Türkiyə və hətta Səudiyyə Ərəbistanı hökumətlərinin dəstəyi də böyük idi”.