AZ

ABŞ nümayəndələri Anaklia dəniz limanına maraq göstəriblər

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 26 mart, AZƏRTAC

Gürcüstanda səfərdə olan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun nümayəndəsi Peter Andreoli Anaklia Dərinsulu Limanı ilə maraqlanıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bu barədə məlumat yayıb.

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Amerika nümayəndə heyətinə layihənin həyata keçirilmə mərhələləri batədə ətraflı məlumat verib, layihənin xüsusi strateji əhəmiyyətini qeyd edib.

Bildirilib ki, Anaklia Dərinsulu Limanı Gürcüstanın nəqliyyat və logistika infrastrukturunun əsas layihələrindən biridir və Orta Dəhlizin effektiv fəaliyyətində, regional əlaqənin gücləndirilməsində və ölkənin regional mərkəz kimi yerləşdirilməsində mühüm rol oynayacaq.

Dəniz infrastrukturu ilə yanaşı, dəmir yolu sektoru da müzakirə edilib. Dəmir yolunun Orta Dəhlizdə vacib bir halqa olduğu qeyd olunub.

T. İoseliani nümayəndə heyətini dəmir yolu sektorunda planlaşdırılan layihələr və dövlətin bu istiqamətdə həyata keçirdiyi böyük investisiyalarla tanış edib. Bildirib ki, bu layihələr birlikdə multimodal nəqliyyat sistemi yaradır və dəhlizin ötürmə qabiliyyətini və əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
4
azertag.az

5Mənbələr