AZ

İran Cənubi Koreyanın yük gəmilərinin Hörmüzdən keçidinə şərait yaratmağa hazırdır

Bakı. Trend:

Tehran Cənubi Koreya gəmilərinin Hörmüz boğazından keçməsinəşərait yaratmağa hazırdır

Trend “Yonhap”agentliyinə istinadən xəbər verir ki, bunu İranın Seuldakı səfiriSəid Kuzəçi bildirib.

Lakin İranlı diplomatın sözlərinə görə bunun üçün ölkələrarasında əvvəlcədən əlaqələndirmə tələb olunur.

“Gəmilərlə bağlı problem yoxdur. Lakin onların keçidi üçünəlaqələndirmə - İranın hərbi qurumları və hökuməti ilə əvvəlcədənməsləhətləşmələr aparılmalıdır”, – səfir mətbuat konfransındabildirib.

“İran vicdanla hərəkət edir və Cənubi Koreya gəmilərinin Hörmüzboğazından keçməsinə icazə verməyə hazırdır, lakin bu, müvafiqməlumatın və gəmilərin siyahısının təqdim olunub-olunmamasındanasılıdır. Bu məlumat təqdim edildikdən sonra biz onu nəzərdənkeçirəcəyik”, – deyə diplomat əlavə edib.

“Yonhap”ın məlumatına görə, Fars körfəzi regionunda təxminən 180ekipaj üzvü olan 26-ya yaxın Cənubi Koreya gəmisi lövbər salıb.İran səfiri vurğulayıb ki, Tehranda Koreya Respublikasını düşməndövlət hesab etmirlər, lakin ABŞ şirkətləri ilə əlaqəli gəmilər vətankerlərə tətbiq olunan məhdudiyyətlər, onun sözlərinə görə,mövcud şəraitdə qaçılmazdır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr