AZ

İran mediası: İndiyə qədər 202 ABŞ və İsrail hərbi təyyarəsi hədəf alınıb

ABŞ və İsrailin hücumlar zamanı istifadə etdiyi 202 hərbi təyyarənin İranın hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alındığı iddia edilir.

Turkustan.az xəbər verir ki, Fars Xəbər Agentliyi bu barədə İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, məlumat ABŞ-da yerləşən X sosial şəbəkə platformasında paylaşılan hesaba əsaslanır.

İddialara görə, indiyədək MQ-9, Hermes 900, Hermes 450, Orbiter-4 və Lucas tipli ümumilikdə 131 pilotsuz uçuş aparatının vurulduğu qeyd olunur.

Bundan əlavə, AGM-158 JASSM və Tomahawk tipli qanadlı raketlər də daxil olmaqla 56 raketin zərərsizləşdirildiyi bildirilir. Həmçinin İran hava hücumundan müdafiə qüvvələrinin 7 ədəd F-15, F-16, F-18 və F-35 qırıcı təyyarəsini hədəf aldığı iddia olunur.

Məlumatda vurğulanır ki, hədəfə alınan hərbi vasitələr arasında 7 KC-135 tipli yanacaqdoldurma təyyarəsi və bir helikopter də var.

Qeyd edək ki, nə ABŞ, nə də İsrail tərəfi bu iddialara hələlik rəsmi münasibət bildirməyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
turkustan.az

1Mənbələr