AZ

Trampın terminologiya oyunu: İrandakı qanlı döyüşlərə niyə müharibə demir?

ABŞ Prezidenti Donald Tramp İranda davam edən genişmiqyaslı hərbi toqquşmaları niyə "müharibə" adlandırmaq istəmədiyinə dair sensasion izahat verib.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri öz çıxışında bu sözün hüquqi və siyasi fəsadlarından qaçmaq üçün "müharibə" ifadəsindən qəsdən istifadə etmədiyini etiraf edib. Tramp bildirib ki, "müharibə" sözü işlədilən zaman proseslər mürəkkəbləşir və xüsusi təsdiqlərin, o cümədən Konqresin razılığının alınması zərurəti yaranır.

"Mən "müharibə" sözündən istifadə etməyəcəyəm, çünki deyirlər ki, bu, bəlkə də o qədər yaxşı ideya deyil. Onlar bu sözü xoşlamırlar, çünki belə olan halda sənin mütləq razılıq almağın lazım gəldiyi güman edilir. Ona görə də mən "hərbi əməliyyat" ifadəsini işlədəcəyəm", – deyə Tramp vurğulayıb.

Prezidentin bu yanaşması hüquqşünaslar tərəfindən onun hərbi qərarlar qəbul edərkən daha geniş səlahiyyətlərə malik olmaq və bürokratik maneələri aşmaq istəyi kimi qiymətləndirilir. Analitiklər qeyd edirlər ki, Tramp bu terminoloji gedişlə həm daxili auditoriyada "yeni bir böyük müharibə" qorxusunu azaltmağa, həm də beynəlxalq hüquq müstəvisində əməliyyatların miqyasını "məhdud müdaxilə" kimi qələmə verməyə çalışır.

Lakin hərbi ekspertlər İrandakı dağıntıların və hərbi sursat sərfinin artıq çoxdan "lokal əməliyyat" çərçivəsindən çıxdığını və tammiqyaslı müharibə səviyyəsinə çatdığını bildirirlər.


Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr