AZ

"Saudi Aramco" Asiyaya neft tədarükünü azaldacaq

BAKI, 26 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" İran ətrafında baş verən münaqişə fonunda apreldə Asiyaya neft tədarükünü azaldacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, şirkətin Çinə ixracı fevraldakı 48 milyon barellə müqayisədə təxminən 40 milyon barelə düşəcək. Hindistana tədarükün də azalaraq təxminən 23 milyon barel olacağı gözlənilir.

Qeyd olunub ki, azalma döyüş əməliyyatları və Hörmüz boğazı vasitəsilə gəmiçiliyə tətbiq olunan məhdudiyyətlər səbəbindən yaranan tədarük fasilələri ilə bağlıdır.

Qeyd edək ki, şirkət həcmlərin bir hissəsini Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı vasitəsilə yönləndirir, lakin bu limanın gücü itkiləri tam kompensasiya etməyə kifayət etmir.

Seçilən
35
teleqraf.com

1Mənbələr