AZ

Türkiyə Zəngəzur dəhlizində işlərə başladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər barədə danışıb.

Turkustan.az xəbər verir ki, nazir Türkiyə tərəfdə qalan 224 kilometrlik yolun təmirinə artıq başlanıldığını bildirib.

“Azərbaycan tərəfdəki işlər sona yaxınlaşır. Zəngəzur koridorunda bir podratçılıq müqaviləsi imzalanıb, lakin tikinti işlərinə hələ başlanmayıb. Düşünürəm ki, gələcəkdə çox gecikmədən başlanacaq. Naxçıvan tərəfdə 180 kilometrlik bir hissə var. Onun bir hissəsi təmir ediləcək, bir hissəsi yenidən tikiləcək. Bizim tərəfdəki 224 kilometrlik hissədə tikinti işlərinə isə artıq başlanılıb”, – nazir bildirib. (APA)

Seçilən
25
12
turkustan.az

10Mənbələr