AZ

Azərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atdı

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.

Publika.az xəbər verir ki, AzTU ilk dəfə olaraq “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən reytinqdə yer almış dünyada 2000 nüfuzlu universitet arasında Kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) sahəsində 701–750-ci yerlərdə qərarlaşması yüksək nəticə hesab edilir.

AzTU-nun bu uğura məhz qlobal miqyasda ən yüksək rəqabətə malik Kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə nail olması beynəlxalq səviyyəfdə əldə olunan uğurun əhəmiyyətini xüsusi olaraq artırır.

Qeyd olunan nailiyyət AzTU-da kibertəhlükəsizlik, informasiya texnologiyaları və kompüter elmləri, süni intellekt istiqamətində həyata keçirilən sistemli elmi-tədqiqat fəaliyyətinin, tədris prosesinin müasirləşdirilməsi istiqamətində görülən işlərin və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının məntiqi nəticəsi kimi qiymətləndirilir.

“QS World University Rankings by Subject” üzrə reytinqlər akademik reputasiya, işəgötürənlərin rəyləri, elmi istinadların sayı və h-indeksi kimi əsas göstəricilər əsasında formalaşdırılır. AzTU-nun bu reytinqdə yer alması universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artdığını və rəqabət qabiliyyətinin yüksəldiyini təsdiq edir.

Seçilən
13
11
publika.az

10Mənbələr