Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.


Rekord.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək:

 

27 mart

 

19:00. Azərbaycan – Sent Lüsiya

Baş hakim: Giorgi Kruaşvili

Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Koba Revazaşvili

(Hakimlər briqadası Gürcüstandandır)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu