AZ

ABŞ Argentinadakı hərbi təlimlərini ləğv etdi - Səbəb

ABŞ hökuməti İranla yaşanan gərginliklər fonunda aprelin 6-sı Argentinada keçirilməsi nəzərdə tutulan "Atlantic Dagger" hərbi təlimlərini ləğv edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Clarin" məlumat yayıb.

Xəbərə əsasən, Birləşmiş Ştatlar ilk olaraq Argentinadan olan tərəfdaşlarına əməliyyat səbəblərini əsas gətirərək manevrlərin iyuna qədər ertələndiyini bildirsə də, daha sonra bu təlim mövzusu ümumiyyətlə plandan çıxarılıb.

Birləşmiş Ştatların Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunun cəlb olunacağı gözlənilən "Atlantic Dagger" təlimləri Argentinada ilk dəfə təşkil ediləcəkdi. Hərbi manevrlər Cənubi Amerika dövlətinin bir sıra iri əyalətlərini əhatə etməli idi.

Məlumata görə, rəsmi Vaşinqton Yaxın Şərqdə ehtiyac duyula biləcək hərbi personalın və "Lockheed C-5 Galaxy" hərbi nəqliyyat təyyarələrinin Argentinaya göndərilməsini məqsədəuyğun saymayıb. Vurğulanır ki, Argentina rəsmiləri aprelin sonlarında ABŞ-yə məxsus "USS Nimitz" təyyarədaşıyan gəmisinin gəlişinə və sentyabrda Peruda baş tutacaq UNITAS dəniz təlimlərindəki iştiraklarına hələ də ümid edirlər.

"Cebheinfo.az"

Seçilən
40
cebheinfo.az

1Mənbələr