Ermənistan mayın sonlarında son illərdə əldə edilmiş hərbi texnikanı nümayiş etdirməyi planlaşdırır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 26-da keçirilən brifinqdə bildirib.
"Qərar qətidir. Mayın 28-də, Respublika Günündə, İrəvandakı Respublika meydanında hərbi paraddan daha çox Ermənistan vətəndaşları qarşısında hesabat xarakterli tədbir keçiriləcək. Biz son illərdə alınmış hərbi texnikanı nümayiş etdirəcəyik", - o qeyd edib./report
Tarix: 26 Mart 2026, 14:51