AZ

SİPER-1 HHM sisteminin daha bir batareyası Türkiyə HHQ-nin inventarına daxil edilib

SİPER-1 orta mənzilli hava hücumundan müdafiə (HHM) sisteminin daha bir batareyası Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Həmçinin “Aksungur” pilotsuz uçuş aparatları (PUA) və CATS elektro-optik/infraqırmızı kamera sistemləri qəbul prosesindən sonra inventara əlavə olunub.

Bunlardan başqa, “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin istehsalı olan müxtəlif sayda və çapda silah-sursat da Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

Seçilən
58
poliqon.az

1Mənbələr