AZ

Baş nazir: İrəvanda hərbi parad keçiriləcək

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

28 mayda Ermənistan Respublikasının yarandığı gün İrəvanın Respublika Meydanında hərbi parad keçiriləcək. Ölkə.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib

Onun sözlərinə görə, bu, paraddan daha çox Ermənistan vətəndaşlarına hesabatı olacaq. 

Paşinyan əmin edib ki, bu vətəndaşlar üçün təsirli bir mənzərə olacaq. Paşinyan əlavə edib ki, parad çox incə bir tədbirdir və sülh gündəliyinin rədd edilməsi təəssüratı yarada bilər. "Buna görə də, beynəlxalq tərəfdaşlarla, o cümlədən region ölkələri ilə işləməyə davam edirik ki, onların bunu sülh gündəliyinin rədd edilməsi kimi qəbul etməmələrini təmin edək", - o qeyd edib.

Qeyd edək ki,  Ermənistanda sonuncu parad 21 sentyabr 2016-cı ildə keçirilib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
9
olke.az

10Mənbələr