AZ

“Qoç Ət”in pendiri qalmaqal yaratdı – VİDEO

Müştəri aldığı “Qoç Ət” şirkətinə məxsus “Çanaq pendiri”nin keyfiyyətindən narazı qalıb və pendirin keyfiyyətsiz olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə müştəri Pərvanə adlı xanım sosial şəbəkələrdə yazıb. Şikayətçi bildirib ki, pendir yapışqan formalı olub:

“Bu gün aldığım çanaq pendirini açdıqda məhsulun keyfiyyəti məni narazı saldı. Son istifadə tarixinə hələ 4 ay qalmasına baxmayaraq, pendir normal vəziyyətdə deyildi — asanlıqla dağılır və yapışqan konsistensiyadadır. Bu cür məhsul istehlak üçün uyğun görünmür. Xahiş edirəm, məsələ ilə bağlı araşdırma aparılsın və müvafiq tədbir görülsün. Aldiğım yer “Megastore” “Qoç Ət” Lökbatan”.

Qida mütəxəssisərinin fikrincə, qablaşdırılmış pendirin istehsal müddəti bitməsə də, o vəziyyətə düşməsinə səbəb istehsal səhvidir. Mütəxəssislr bildirr ki, yağlı pendiri az duzlu məhlula qoyanda bu vəziyyətə düşür. Pendirib o hala düşməsinin səbəbi istehsal prosesinin səhv olmasıdır.

Qeyd edək ki, “Qoç Ət” şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin rəhbəri Sənan Təhməzovdur. Şirkət Təhməzov qardaşlarına məxsusdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

youtube.com/shorts/2NIB9Q7Eydo?source_ve_path=MjM4NTE&embeds_referring_euri=https%3A%2F%2Ftribuna.az%2F

Seçilən
49
1
nocomment.az

2Mənbələr