AZ

Beyni cavan saxlayan pəhriz açıqlanıb

Bakı. Trend:

Beynəlxalq alimlər qrupu MIND pəhrizinə riayət zamanı beynindaha gec qocaldığını müəyyən edib.

Trend xəbər verirki, tədqiqatın nəticələri “Journal of Neurology Neurosurgery &Psychiatry” (JNNP)elmi jurnalında dərc olunub.

Araşdırmada orta və yaşlı yaş qrupuna aid 1647 nəfər iştirakedib. Təxminən 12 il ərzində alimlər onların qidalanma rasionunu vəMRT vasitəsilə beyin strukturunda baş verən dəyişiklikləriizləyiblər. Məlum olub ki, qidalanması MIND pəhrizinə daha yaxınolan iştirakçılar zamanla daha az beyin toxuması itiriblər.

Ən güclü təsir yaddaş, düşünmə və qərarverməyə cavabdeh olan bozmaddələrdə müşahidə edilib. Bundan əlavə, belə şəxslərdə beyninatrofiya göstəricilərindən biri sayılan mədəciklərin(ventrikulların) genişlənməsi daha az olub.

Tədqiqatçıların qiymətləndirməsinə görə, pəhrizə riayətsəviyyəsi fərqli olan iştirakçıların beyin vəziyyəti arasındakıfərq təxminən 2,5 illik qocalmaya bərabərdir.

MIND pəhrizi Aralıq dənizi pəhrizi və arterial təzyiqinazaldılmasına yönəlmiş DASH pəhrizinin prinsiplərini birləşdirir.Bu pəhriz tərəvəzlərin, giləmeyvələrin, qoz-fındığın, bütövtaxılların, balıq və quş ətinin yüksək miqdarda qəbulunu, eləcə dəqırmızı ətin, qızardılmış qidaların və doymuş yağlarla zənginməhsulların məhdudlaşdırılmasını nəzərdə tutur.

Məqalədə:
Seçilən
34
5
az.trend.az

6Mənbələr