AZ

Ermənistan Aİ sammiti mayın 4 5 də İrəvanda keçiriləcək

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci Ermənistan-Avropa İttifaqı (Aİ) sammiti 2026-cı il mayın 4-5-də İrəvanda keçiriləcək.

Bu barədə "Report" Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadən xəbər verir.

Sammitin keçirilməsi ilə əlaqədar Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistana səfər edəcəklər.

Bu tədbir ərəfəsində Koşta və fon der Lyayen həmçinin 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində iştirak edəcəklər.

"Ermənistan-Aİ sammiti ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, xüsusən də iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və insanlar arasında təmaslar sahələrinə həsr olunacaq. Tərəflər həmçinin Cənubi Qafqazda sülh, təhlükəsizlik, nəqliyyat infrastrukturu və rifahın təmin olunmasında əldə edilmiş irəliləyişi, eləcə də mövcud qlobal çağırışları müzakirə edəcəklər", - Ermənistan XİN vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
4
cebheinfo.az

5Mənbələr