AZ

Tələbələr ADU-nun uğurları ilə fəxr edir » AzadMedia.az


Azərbaycan Dillər Universitetinin “QS World University Rankings” siyahısında “Modern Languages” üzrə 151–200 aralığında yer alması ölkəmizin ali təhsil sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Bu nəticə universitetimizdə müasir dillərin tədrisi üzrə illərdir aparılan fəaliyyətin yekunu hesab edilə bilər.

Azərbaycan Dillər Universiteti uzun illərdir ki, ixtisaslaşmış və savadlı kadrları, müasir yanaşmaları ilə seçilir və fərqlənir. Universitetdə dərslərin həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilməsi təhsilimizin inkişafına zəmin yaradan amillərdəndir. Bununla yanaşı universitetdə tez-tez müşahidə edilən konfranslar, tədbirlər, seminarlar ve beynəlxalq layihələr tələbələrin inkişafına müsbət təsir göstərir.

Bizi bu uğura aparan yolda rektorumuz Kamal Abdullayevin rəhbərliyi ilə həyata keçirilən yeniliklər və görülən tədbirlərin rolu danılmazdır. Onun rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlər yalnız xarici dil təhsili ilə məhdudlaşmır. Tələbə və məzunlar üçün təşkil olunan maarifləndirici proqramlar, eləcə də ana dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr buna nümunədir.

Biz, Azərbaycan Dillər Universitetinin tələbələri olaraq bu uğurun bir parçası olmaqdan böyük qürur duyuruq və inanırıq ki, əldə olunan nailiyyətlər gələcəkdə davam edəcək.

Arzu Teymurlu
421B
İngilis – Fransız fakültəsi
İngilis dili müəllimliyi
Seçilən
29
1
azadmedia.az

2Mənbələr