AZ

Beynəlxalq səyyahlar Şuşaya gəliblər » AzadMedia.az


Beynəlxalq səyyahlar Şuşaya gəliblər.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, səyyahlar şəhərin tarixi və mədəni görməli yerləri ilə tanış olacaqlar.

Onlara həmçinin şəhər işğaldan azad edildikdən sonra aparılan bərpa işlərinin gedişatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradılacaq.

Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.
Seçilən
14
7
azadmedia.az

9Mənbələr