AZ

İran ABŞ-ın sülh planına cavab verdi

İran münaqişənin başa çatdırılması üçün ABŞ-ın təqdim etdiyi plana rəsmi cavab göndərib və hazırda Vaşinqtonun reaksiyasını gözləyir.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadla məlumat yayıb.

"İranın ABŞ tərəfindən təklif olunan 15 bəndlik plana cavabı dünən axşam vasitəçilər vasitəsilə rəsmi şəkildə çatdırılıb. İran qarşı tərəfin reaksiyasını gözləyir", — deyə məlumatda bildirilir.

Xüsusilə, İran dəymiş ziyana görə kompensasiya, həmçinin zəmanətli təzminatlar (reparasiyalar) tələb edir.

Bundan əvvəl "The New York Times" qəzeti ABŞ-ın İrana münaqişənin nizamlanması üçün 15 bəndlik plan təqdim etdiyini yazmışdı. İsrailin "N12" telekanalının məlumatına görə, sənəddə Vaşinqton Tehrandan nüvə proqramının ləğvini, uranın zənginləşdirilməsindən imtina edilməsini və ehtiyatların MAQATE-nin nəzarətinə verilməsini tələb edir. Bunun müqabilində Vaşinqton sanksiyaların ləğvini və mülki nüvə energetikasının inkişafına dəstək verməyi təklif edir.

Seçilən
30
1
publika.az

2Mənbələr