AZ

"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin kapitanı Emin Mahmudov “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə keçirəcəkləri oyun haqqında danışıb.

QOL.az xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib: 

"Bu, bizim 2026-cı ildə ilk oyunumuzdur. Çalışacağıq ki, yaxşı çıxış edək. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik".

O, matçın çətinliyi barədə bunları söyləyib: "Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun, qalib gəlməliyik".

Seçilən
70
20
teleqraf.com

10Mənbələr