AZ

Dövlət nömrə nişanı ala bilmirlər

Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

 "Yol hərəkəti haqqında" qanuna əlavədən  sonra  moped sürücülər də bir mənalı olaraq sürücülük hüququnu təsdiq edən  sənədə yiyələnmidir.

Yeni onun sürücülük vəsiqəsi olmalıdır. Artıq bir müddətdir ki, onlar sürücülük vəsiqəsi alandan sonra  mopedləri idarə edirlər. Bunlar hamısı aydındır .Amma aydın olmayan odur ki, indi də başqa bir problem ortaya çıxıb. Belə ki, bəzi moped sürücüləri idarə etdikləri nəqliyyat vasitəsinə  dövlət  nömrə  nişanı ala bilmir.

Bunu da onunla izah edirlər ki, həmin  nəqliyyat vasitələri respublikamıza gətirilərkən bir çox prosedur qaydalarına əməl edilməyib. Başqa sözlə demiş olsaq, mopedlər qeydiyyata alınmayıb və dövlət rüsumu ödənilməyib. Məhz bu problemlərə görə də, onları idarə etmək istəyən sürücülər çətinliklə üzləşir və dövlət nömrə nişanı ala bilmirlər.

Nömrəsiz də mopedlər idarə olunanda  yol polisi həmin sürücüləri saxlayır və cərimə edirlər. Ona görə də bu problemlər aidiyyəti qurum tərəfindən həll edilməli, mövcud çətinlik tez bir zamanda  aradan qaldırılmalıdır!!!

Emil FAİQOĞLU  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
adalet.az

2Mənbələr