AZ

İspaniyalı müdafiəçi İngiltərə klublarının radarında

“Barselona”nın müdafiəçisi Alexandro Balde İngiltərə Premyer Liqasından bir neçə klubun diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, ispaniyalı futbolçunun transferi ilə “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa” maraqlanır.

Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Komandalar 21 yaşlı oyunçunu yayda transfer edə bilmək üçün yarışacaqlar. Futbolçunun özü isə “Barselona”da qalmaq niyyətindədir. 

Qeyd edək ki, Balde “Barselona” akademiyasının yetirməsidir. O, cari mövsümdə kataloniyalıların heyətində 34 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Traore “Əl-Hilal”ın hədəfində

Sanço sabiq klubuna geri qayıda bilər

Salah MLS-də çıxış edəcək?

İtaliya millisinin üzvü “Barselona”nın radarında

Seçilən
52
apasport.az

1Mənbələr