Romelu Lukaku Belçika yığmasının düşərgəsini tərk edib.
"Football-plus.az" xəbər verir ki, “Napoli”nin 32 yaşlı hücumçusunun fiziki formasını yaxşılaşdırmaq üçün məşqlərinə diqqət yetirdiyi bildirilir. Lukaku milli komanda ilə birlikdə yoldaşlıq oyunları üçün ABŞ-yə getməyib. Belçika ABŞ və Meksika yığmaları ilə qarşılaşacaq. Oyunlar martın 28-də və aprelin 1-də keçiriləcək.
Lukaku cari mövsümdə “Napoli”nin heyətində bütün yarışlarda 7 oyuna çıxıb və 1 qol vurub. O, ötən il avqustun 14-də “Olimpiakos”a qarşı yoldaşlıq oyununda aldığı zədə səbəbindən mövsümün böyük bir hissəsini buraxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta