Livan prezidenti Cozef Aun ölkəsinin "başqalarının müharibələri üçün səhnə olmayacağını" söylədi.
Turkustan.az xəbər verir ki, Livan prezidentliyi Prezident Aunun Misir xarici işlər naziri Bədr Əbdül Fəttahla Baabda sarayında keçirdiyi görüşlə bağlı bəyanat yayıb.
Aun bildirib ki, Livan hücumları danışıqlar yolu ilə dayandırmağı, İsrailin Livanın cənubunda işğal etdiyi ərazilərdən geri çəkilməsini, silahların dövlət tərəfindən inhisara alınmasını və başqa silahlı qrupların qalmamasını, sərhəd təhlükəsizliyinin təmin edilməsini hədəfləyir, lakin İsrail bu danışıqlar təşəbbüsünə cavab verməyib.
Aun qeyd edib ki, İsrailin danışıqlar təşəbbüsünə cavab verməməsi hərbi vəziyyəti daha da pisləşdirib və Livan xalqının əzabları da artıb.
Aytən Yaşar/ Turkustan.az