AZ

Yaxın Şərqdəki vəziyyət diqqəti Ukraynadan yayındırmamalıdır -Kallas

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yaxın Şərqdəki vəziyyətin Rusiya və Ukrayna arasındakı münaqişə ilə əlaqəli olduğunu qeyd edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kallas özünün "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, "Böyük yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə nəinki Yaxın Şərqdə deeskalasiya yolları, həmçinin Ukraynadakı vəziyyət də müzakirə olunacaq.

"Yaxın Şərqdəki və Ukraynadakı müharibələr bir-biri ilə sıx bağlıdır. Müharibənin nəticələri bütün dünyada kəskin hiss olunduğu üçün "Böyük yeddilik"dən olan tərəfdaşlarımızla birlikdə Yaxın Şərqdə deeskalasiyaya necə töhfə verməyi müzakirə edəcəyik", - paylaşımda qeyd olunub.

"Eyni zamanda, Ukraynanı diqqətdən kənarda qoya bilmərik. Rusiyanın əhaliyə və mülki infrastruktura hücumları hər gün güclənir. Rusiyanın bu müharibəni dayandırması və vicdanla danışıqlar aparması üçün ona təzyiq göstərməyə davam etməliyik", - Kallas bildirib.

Seçilən
42
7
redaktor.az

8Mənbələr