Gözoxşayan, xırçıltılı və dadlı…
Xezerxeber.az xəbər verir ki, söhbət sublimasiya olunmuş meyvələr və dondurmalardan gedir. Sosial şəbəkələrdə çox reklam edilən və çox satılan bu qida məhsulları müasir emal texnologiyalarından, o cümlədən liyofilizasiya (freeze-drying) üsulundan istifadə edilməklə istehsal olunur.
Satıcılar deyirlər ki, bu proses məhsulun əvvəlcədən dondurulmasından sonra vakuum şəraitində tərkibindəki suyun maye fazaya keçmədən birbaşa buz halından qaz halına çevrilməsi (sublimasiya) prinsipi əsasında həyata keçirilir. Belə olan halda məhsulun fiziki forması və qida dəyəri isə qorunub saxlanılmaqla maye miqdarı minimuma endirilir
Sublimasiya olunmuş qida məhsullarının qiyməti isə heç də ucuz deyil.
Qida mütəxəssisləri bazar yeni daxil olan bu qidalar barədə müsbət fikirdədirlər. Onlar sublimasiya olunmuş meyvələrin sağlamlıq üçün təhlükə yaratmadığını deyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.