AZ

"Vaşinqton İranı nəzarətə götürmək istəyir" – Azad Məsiyev

"Amerika Birləşmiş Ştatlarının ali məqsədi nədir? Amerika İranı işğal etmək istəyir. İranda hakimiyyəti dəyişib, özlərinə münasib bir hakimiyyət qurmaq istəyir. Aparılan hərbi əməliyyat da buna hesablanmışdır. Hətta Amerika Birləşmiş Ştatlarının prezidenti açıq şəkildə bəyan edirdi ki, İranda hakimiyyəti dəyişəcəklər. Aparılan əməliyyatın nəticəsi Amerika Birləşmiş Ştatları üçün uğurlu olmadı və istəklərinə çata bilmirlər. Çünki İranda zərər çəksə də, işğala məruz qalsa da, aqressiyaya məruz qalsa da və kifayət qədər İran dövləti, həmin infrastrukturu, yəni İranın infrastrukturu böyük ziyan görmüşdür. Dövlət və ictimai xadimlər qətlə yetirildi. Buna baxmayaraq İran dövləti Amerika və İsrailə qarşı dirəniş göstərir. Amerika Birləşmiş Ştatlarının diplomatiyasına inanmaq olmaz. Onu da qeyd edim ki, İran arasında bir neçə dəfə danışıqlar aparılmışdı. Diplomatik kanallarla fikir mübadiləsi edilmişdi. Uranın zənginləşdirilməsi barəsində kifayət qədər sövdələşmələr də olmuşdu. Amma buna baxmayaraq Amerika Birləşmiş Ştatları verdiyi razılaşmadan bu və ya digər formada müəyyən bəhanələrlə imtina etmişdi. Bu da onunla əlaqədardır ki, Amerikanın strategiyasına görə İran dövlətini öz nəzarətinə keçirmək istəyir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, İran ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü 15 bəndlik planı qəbul etməyib. Məlumata görə, Tehran Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edərək, onları ölkənin suverenliyi və milli maraqları ilə uzlaşmayan bir yanaşma kimi qiymətləndirib. Buna görə də İran tərəfi həmin planın qəbul olunmasını mümkün saymayıb.

Siyasi şərhçi qeyd edib ki, bu məqsədə çatmayınca aparılan bütün məsələlər sadəcə bir taktiki gediş ola bilər.

Seçilən
23
aznews.az

1Mənbələr