AZ

Moldova enerji böhranı fonunda “Lukoyl”a bazara qayıtmağa icazə verib » AzadMedia.az


Moldova hakimiyyəti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan etdikdən sonra Lukoil şirkətinə müvəqqəti olaraq ölkə bazarına qayıtmağa icazə verib. Məlumata görə, şirkətə mövcud yanacaq ehtiyatlarının satışını bərpa etmək imkanı yaradılıb.
Bildirilir ki, yanacaq çatışmazlığı ilə mübarizə çərçivəsində paytaxt Kişinyov bəzi yanacaqdoldurma məntəqələrinin bağlı qalmasını nəzərə alaraq “Lukoyl-Moldova”nın ehtiyatlarından istifadəni təsdiqləyib.
Bundan əlavə, yerli nəqliyyat şirkətlərinə yanacaq qiymətlərinin artması fonunda gediş haqlarını artırmağa icazə verilib.
Eyni zamanda, Filippin enerji resurslarının çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edən ilk ölkə olub. Qeyd olunur ki, bu vəziyyət ABŞ ilə İran arasında davam edən münaqişə ilə əlaqələndirilir.
Bundan əvvəl isə Shell şirkətinin baş direktoru Vael Savan bildirib ki, Avropa yaxın zamanda yanacaq təchizatında Asiyada müşahidə olunan problemlərlə üzləşə bilər. Onun sözlərinə görə, bu risklər əsasən İran ətrafında baş verən müharibə ilə bağlıdır.
Seçilən
36
1
azadmedia.az

2Mənbələr