AZ

Almaniya Bundestaqı yanacaq qiymətlərinin artımına qarşı tədbirlər paketini qəbul edib

Bakı. Trend:

Almaniya parlamenti – Bundestaq Yaxın Şərqdəki qarşıdurmanəticəsində yanacağın qiymətlərinin sürətlə artmasına qarşı ilktədbirlər paketini qəbul edib.

Trend xəbər verirki, paketə əsasən, yanacaqdoldurma məntəqələrində qiymət artımınamüvəqqəti olaraq gün ərzində yalnız bir dəfə – günorta saat12:00-da icazə veriləcək.

Bununla tez-tez baş verən qiymət artımlarının qarşısının almaqnəzərdə tutulur. Qiymətlərin aşağı salınması üçün heç birməhdudiyyət tətbiq olunmayacaq. Qaydanı pozanlar 100 min avroyaqədər cərimələnə bilər.

Bundan əlavə, qiymətlərlə bağlı şəffaflığın təmin olunmasıməqsədilə rəqabət qanunvericiliyi sərtləşdirilib. Neft məhsullarısektorunda fəaliyyət göstərən şirkətlər gələcəkdə qiymətləri kəskinartırmaq istədikdə bunu əsaslandırmalı olacaq. Antiinhisar qurumunatopdansatış bazarında qiymət artımlarına nəzarət etmək imkanıverilir.

Qanun layihəsi hakimiyyətdə olan Xristian Demokratlarİttifaqı/Xristian Sosialistlər İttifaqı bloku və Sosial DemokratlarPartiyası ilə yanaşı, Yaşıllar Partiyası tərəfindən dədəstəklənib.

Tədbirlər paketinin ən gec aprelin əvvəlində qüvvəyə minməsi vəbir ildən sonra yenidən qiymətləndirilməsi planlaşdırılır.

Seçilən
55
az.trend.az

1Mənbələr