Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Pley-off-da finalçılar müəyyənləşdi - DÇ-2026
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun keçirilib.
Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb. Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.
Həmçinin Danimarka, İtaliya, Kosovo, İsveç, Polşa, Çexiya və Bosniya və Herseqovina yığmaları da finala yüksəlib.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.
26 mart
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
C yolu
21:00. Türkiyə - Rumıniya - 1:0
Qol: Kadıoğlu, 53
23:45. Slovakiya - Kosovo - 3:4
Qollar: Valyent, 6, Haraslin, 45, Streleç, 90+4 - Hodza, 21, Aslani, 47, Muslia, 60, Hayrizi, 72
A yolu
23:45. İtaliya - Şimali İrlandiya - 2:0
Qollar: Tonali, 56, Kin, 80
23.45. Uels - Bosniya və Herseqovina - 1:1, Penaltilər seriyası - 2:4
Qollar: Ceyms, 51 - Dzeko, 86
B yolu
23:45. Ukrayna - İsveç - 1:3
Qollar: Pomomarenko, 90 - Qyökereş, 6, 51, 73-pen.
24:45. Polşa - Albaniya - 2:1
Qollar: Levandovski, 63, Zelinski, 73 - Hoxa, 42
D yolu
23:45. Danimarka - Şimali Makedoniya - 4:0
Qollar: Damsqaard, 49, İsaksen, 58, 59, Norqard, 75
23:45. Çexiya - İrlandiya - 2:2, Penaltilər seriyası - 4:3
Qollar: Şik, 27-pen; Kreyçi, 86 - Parrot, 19-pen, Kovar, 23-avtoqol
Pley-off-un final cütlükləri
A yolu
İtaliya – Bosniya və Herseqovina
B yolu
İsveç - Polşa
C yolu
Türkiyə – Kosovo
D yolu
Danimarka – Çexiya
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.