AZ

Günəşdə güclü partlayış olub

Martın 18-dən sonra ilk dəfə Günəş səthində M sinfinə aid növbəti güclü partlayış baş verib.

 

Bu barədə TASS agentliyinə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

Qeyd olunub ki, "martın 26-da Moskva vaxtı ilə saat 09:23-də (Bakı vaxtı ilə saat 10:23) 4003 nömrəli günəş ləkəsi qrupunda (N16E62) rentgen spektrində 29 dəqiqəlik M3.9 gücündə partlayış müşahidə edilib".

 

Xatırladaq ki, buna oxşar gücdə (M2.7) əvvəlki partlayış martın 18-də qeydə alınmışdı.

 

Oxu.az xatırladır ki, Günəşdəki partlayışlar ifraz etdikləri rentgen şüalarının intensivliyinə görə beş kateqoriyaya ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya hesab edilən A0.0 Yer orbitində hər kvadrat metr üçün 10 nanovatt radiasiya səviyyəsinə bərabərdir. Hər bir sonrakı hərfə keçid zamanı şüalanmanın gücü on dəfə çoxalır. Bu cür partlayışlar tez-tez Günəş plazmasının atılması ilə nəticələnir və həmin plazma buludları planetimizə çatdıqda maqnit fırtınaları yarada bilər.

 

Seçilən
23
4
senzor.az

5Mənbələr