AZ

Bazarlarda kəskin qiymət artımı oldu Ucuzlaşma tarixi açıqlandı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Yazın ilk günlərində bazarda tərəvəzlərin qiymətində artım müşahidə edilir. Bildirilir ki, bəzi tərəvəzlər 60-70 faiz bahalaşıb.

Qiymət artımına səbəb nədir? Ucuzlaşma gözlənilirmi?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, bahalaşmanın əsas səbəbi tələb-təklif balansının pozulmasıdır:

“Hazırda mövsümi meyvə və tərəvəz hələ yetişməyib, qış məhsullarının isə ehtiyatı azalmaq üzrədir. Təklif azdır, tələb isə sabit olaraq qalıb, hətta çoxalıb. Bu durumda qiymət artımı labüddür. Eləcə də, erkən yaz dövründə hələ havalar kifayət qədər isinmədiyi üçün tərəvəzlərin böyük əksəriyyəti istixanalarda yetişdirilir və ya xaricdən idxal edilir. İstixana və idxal məhsulları açıq sahə məhsullarından bir neçə dəfə baha başa gəlir. Son günlərdə yanacaqla daşınma xərclərinin artması, logistika zəncirində və nəqliyyatda problemlər səbəbilə, idxal məhsullarının yerli bazarlara çatana qədər maya dəyərində yüksəlmələr baş verib. Bu da satış qiymətinə təsir göstərir”.

İqtisadçı bildirib ki, yazın ortalarından etibarən tədricən ucuzlaşma başlayacaq:

“İstixana məhsullarından asılılıq azalacaq, bazarlara yerli açıq sahə məhsullarının kütləvi şəkildə çıxması ilə qiymətlər enəcək. Azərbaycanda bazar tendensiyası əsasən belədir ki, aprelin sonu və mayın əvvəlində ilk ucuzlaşma başlayır. May və iyun aylarında qiymətlər bir qədər də düşür. Yay ayları isə ən ucuz dövr hesab olunur”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr