AZ

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "Azeri Ligh"t markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,55 ABŞ dolları (6,6%) artaraq 121,25 dollar/barelə çatıb.

 

Bildirilir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin qiyməti 7,17 ABŞ dolları (6,7%) artaraq 114,41 dollar/barel olub.

 

"URALS" markalı neftin qiyməti 8,45 ABŞ dolları (10,6%) artaraq 88,17 dollar/barel təşkil edib.

 

Şimal dənizində hasil olunan "Dated Brent" neftinin qiyməti isə 7,91 ABŞ dolları (7,2%) artaraq 117,49 dollar/barel olub.

 

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

 

Trend

Tarix: 27 Mart 2026, 09:41   
Seçilən
21
6
pravda.az

7Mənbələr