AZ

ŞRFF və “Şeh Su” Qubada “Novruz 2026” turniri keçirdi

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 25-də Qubada "Şeh Su" şirkətinin sponsorluğu, Şimal Regional Futbol Federasiyasının (ŞRFF) təşkilatçılığı ilə "Novruz -2026" turniri keçirilib. Sport24.az xəbər verir ki, yarışda 2015/15 doğumlu uşaqlardan ibarət 9 komanda iştirak edib.

Sumqayıtı, Qubanı, Qusarı və füzulini təmsil edən kollektivlər qalib adı uğrunda mübarizə aparıblar.

İki qrupda bölünən komandalar arasında 1 və 2-ci yeri tutan kollektivlər həlledici mərhələyə vəsiqə qazanıb. 3-cü yer uğrunda görüşdə "Zəfər" "Ərgünəş"lə üz-üzə gəlib. Matç ikincilərin qələbəsi ilə başa çatıb.

Çempion adı uğrunda görüşdə isə UGİM (Sumqayıt) və "Sumqayıt Siti" qarşılaşıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyun UGİM-in qələbəsi ilə başa çatıb.    

Turnirin sonunda mükafatlandırma mərasimi keçirilib. Qalib komandalara və ayrı-ayrı nominasiyalarda fərqlənənlərə Respublika Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, ŞRFF-nin prezidenti Fəxrəddin Həsənov, "Şeh Su" şirkətinin rəhbəri Səbinə Abbaszadə və veteran futbolçu Hüseyn Məhəmmədov tərəfindən kubok və medallar tədim olunub. Digər iştirakçı komandalara isə xatirə hədiyyələri verilib.

Qeyd edək ki, oyunları hazırda Premyer Liqa oyunlarına təyinat alan Alik Yunusov və sabiq referi Azad Mütəllimov  idarə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sport24.az

1Mənbələr