AZ

Klopp Salahın "Liverpul"dan ayrılmasına münasibət bildirdi

"Liverpul"un sabiq baş məşqçisi Yürgen Klopp İngiltərə nəhənginin ulduz hücumçusu Məhəmməd Salahdan ayrılması ilə bağlı qərarına münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, "Anfield Wrap" qəzeti 2015-ci ildən 2024-cü ilə qədər "qırmızılar"ı çalışdıran alman məşqçinin fikirlərini belə təqdim edib:

"Salah illərdir ən məhsuldar oyunçulardan biri olub və bu, özü üçün hər şeyi deyir. Ümid edirəm ki, final oyununda hər kəsin üzündə təbəssüm olacaq. Bütün "Liverpul" azarkeşləri belə inanılmaz bir karyeraya şahid olduqlarını üçün özlərini xoşbəxt saymalıdırlar".

Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da oynayır. 33 yaşlı misirli forvard bu yaxınlarda cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Müqaviləsinin müddəti 2027-ci ilə qədər olsa da, o, yayda komandadan azad agent kimi ayrılacaq.

Seçilən
8
fanat.az

1Mənbələr