AZ

Dünya bazarında ət niyə bahalaşır?

Son illərdə dünya bazarında ət, xüsusilə mal əti qiymətlərində ciddi artım müşahidə olunur.

Azpost.info bildirir ki, birja məlumatlarına görə, 2020–2025-ci illər ərzində ABŞ bazarında mal əti qiymətləri 60%-dən çox bahalaşıb.

Hazırda bir funt (təxminən 0.45 kq) bifşteksin orta qiyməti 12–13 dollar civarındadır. Bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım deməkdir.

Qiymət artımının əsas səbəbləri kimi istehsal xərclərinin yüksəlməsi (yem, enerji, logistika), iqlim dəyişiklikləri və quraqlıq səbəbindən mal-qara sayının azalması, iri ət emalı şirkətlərinin bazarda dominant mövqeyi göstərilir.

Ekspertlər hesab edir ki, qlobal ərzaq bazarında təzyiqlər davam edərsə, ət qiymətlərində artım yaxın dövrdə də davam edə bilər. Bu isə xüsusilə idxaldan asılı ölkələr üçün əlavə inflyasiya riski yaradır.

AzPost.az

Seçilən
15
azpost.info

1Mənbələr