AZ

TAP və "Albanian Gas Service Company" texniki xidmət üzrə sazişin müddətini uzadıblar (FOTO)

Bakı. Trend:

"Albanian Gas Service Company" (AGSCo.) və Trans-Adriatik BoruKəməri (TAP) konsoriumu qaz şəbəkəsinə texniki xidmətləringöstərilməsi üzrə sazişin müddətini uzadıblar.

Trend xəbərverir ki, bunu Albaniyanın infrastruktur və energetika naziri EneaKarakaçi bildirib.

“Albaniyanın enerji sektoru üçün daha bir mühüm addım. Dövlətşirkəti Albgaz və SNAM tərəfindən yaradılmış konsorsium olan AGSCo.ilə TAP arasında qaz şəbəkəsinə texniki xidmətlərin davametdirilməsi barədə sazişin imzalanması Albaniyanın bu stratejisektorda əldə etdiyi artan imkanları bir daha vurğulayır”, – deyənazir sosial şəbəkədə yazıb.

Qeyd edək ki, AGSCo Albaniya ərazisində TAP-ın texniki xidmətinəcavabdehdir. Albaniya hökuməti AGSCo-da 75 faiz paya malikdir,qalan səhmlər isə İtaliyanın dövlət enerji infrastruktur şirkətiSNAM-a məxsusdur.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz”yatağından hasil olunan təbii qazı Avropaya nəql edir. Uzunluğu 878km olan boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoiməntəqəsində Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir,Yunanıstan və Albaniyadan, həmçinin Adriatik dənizindən keçərəkCənubi İtaliyada quruya çıxır.

TAP mövcud və perspektiv interkonnektorlar vasitəsiləCənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü təmin edir. Borukəməri 2022-ci ilin oktyabrında kommersiya istismarına başlayanYunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə birləşdirilərəkXəzər qazının Bolqarıstana çatdırılmasını təmin edir.

TAP
TAP
TAP
TAP
TAP
Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr