ABŞ-nin Havay ştatında baş verən helikopter qəzası nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, Kauai adasında baş verən hadisə ilə bağlı polis məlumat verib ki, adanın şimal sahilində yerləşən Kalalau plajı yaxınlığında bir helikopter okeana düşüb.
Pilot və 4 sərnişinin olduğu helikopter qəzasında 3 nəfər həyatını itirib.
Qəza nəticəsində yaralanan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.