AZ

Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq

ABŞ-ın 250 illiyi münasibətilə dövriyyəyə buraxılacaq yeni kağız pullarda prezident Donald Trump və maliyyə naziri Scott Bessentin imzaları yer alacaq. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, bu addım ABŞ tarixində ilk dəfə olaraq fəaliyyət göstərən prezidentin imzasının milli valyutada əks olunması ilə nəticələnəcək və ölkənin 250 illik yubiley tədbirləri çərçivəsində həyata keçirilir. 

Bessent bildirib ki, yeni dizayn “ölkənin və prezident Donald Trampın tarixi nailiyyətlərini qeyd etmək üçün” nəzərdə tutulub.

“ABŞ dollarının üzərində onun adının yer alması bu yubiley üçün ən təsirli simvollardan biridir”, — deyə o qeyd edib.

Nazir əlavə edib ki, prezidentin imzasının valyutada əks olunması “uyğun və layiqli addımdır” və bunu Trampın ABŞ iqtisadiyyatına verdiyi töhfələrlə əsaslandırıb.

Seçilən
4
1
anews.az

2Mənbələr