AZ

Yonas Urbiq zədə səbəbindən Almaniya millisinin yoldaşlıq oyunlarını buraxacaq

Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Yonas Urbiq zədələnib.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper yığmanın düşərgəsində sağ dizindən xəsarət alıb.

O, bu gün İsveçrə və martın 30-da Qana ilə yoldaşlıq matçlarında iştirak edə bilməyəcək.

Xatırladaq ki, Yonas Urbiq cari mövsüm "Bavariya"nın heyətində 14 oyunda meydanda olub.

Seçilən
29
1
far.az

2Mənbələr