AZ

İrandan BƏƏ-yə ŞOK XƏBƏRDARLIQ: - Hədəfdəki strateji obyektlər AÇIQLANDI

İran mümkün hərbi münaqişə zamanı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hədəf alınacaq strateji enerji infrastrukturunun siyahısını dərc edib.

“Yeni Sabah” xəbər verir ki, “Fars” agentliyinin “Dəst be Maşe” (Barmaq tətikdə) başlığı ilə yaydığı infoqrafikada, ABŞ-nin bölgədəki hər hansı səhv addımı və ya hücumu fonunda İranın cavab zərbələri endirəcəyi 5 əsas stansiya qeyd olunub.

BƏƏ-nin enerji təhlükəsizliyini təmin edən aşağıdakı nəhəng müəssisələr hədəf kimi göstərilib:

- Cəbəl Əli elektrik stansiyası: Ölkənin ümumi enerji istehsalının 15.1%-ni təmin edən ən böyük qaz stansiyası.

- Barakah nüvə stansiyası: BƏƏ-nin ilk nüvə enerji obyekti (istehsalın 8.8%-i). Buraya zərbə endirilməsi həm də ekoloji fəlakət riski deməkdir.

- Al Taveelah stansiyası: 3500 MVt gücündə strateji qaz obyekti.

- Hassyan stansiyası: Enerji sistemində 4.6% paya malik mühüm infrastruktur.

- Məhəmməd bin Rəşid Əl Maktum günəş enerjisi parkı: Dünyanın ən böyük bərpa olunan enerji layihələrindən biri.

Xəbərdarlıq mətnində qeyd olunub ki, İranın hərbi doktrinası düşmən hərəkətlərinə qarşı asimmetrik cavab verməyi nəzərdə tutur. Bu o deməkdir ki, mümkün müharibə vəziyyətində İran təkcə hərbi bazaları deyil, regionun enerji həyat xətlərini də sıradan çıxarmaq niyyətindədir.

Xüsusilə BƏƏ-nin strateji liman və sənaye mərkəzlərini qidalandıran bu stansiyaların vurulması, bölgədəki qlobal ticarət və logistika zəncirinə ağır zərbə vura bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
52
50
yenisabah.az

10Mənbələr