AZ

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" auditor seçir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 17,32 manatdır.

İddiaçılar təkliflərini aprelin 15-nə qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3 123-cü məhəllə ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 15-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.

Seçilən
14
far.az

1Mənbələr