AZ

Lavrov İrana kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı məlumatları təkzibETDİ

Rusiya hərbi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində İrana hərbi texnika verir, lakin kəşfiyyat məlumatlarını paylaşmır.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “France Televisions”a verdiyi müsahibədə bildirib ki, Moskva Tehrana kəşfiyyat məlumatları verməklə bağlı ittihamları "qəbul edə bilməz".

Nazir əlavə edib ki, "siz Amerika hərbi bazalarının yeri ilə bağlı kəşfiyyat məlumatlarından bəhs etdiniz. Bölgədəki hər kəs onların koordinatlarını bilir. Bu, gizlədilmir. Bu, ictimai məlumatdır. İranın onlara hücum etməsinə təəccüblənmirəm".

Lavrov bildirib ki, hərbi məsələlər barədə səthi məlumata malik olan hər kəs üçün ABŞ-nin İranla bağlı kəşfiyyat və peyk məlumatlarını toplamaq və ötürmək üçün regiondakı Amerika hərbi bazalarından istifadə etdiyi aydındır.

“Bu bazaların hazırda vaxtaşırı hücumlara məruz qalması heç bir səbəb olmadan başlanmış bir macəranın nəticəsidir. Amerikalıların qoşunlarının əksəriyyətini bu bazalardan boşaltması əbəs yerə deyildi. Bu həm də onların nə baş verəcəyini bildiklərini göstərir. Bu təcavüzə başlamaqla onlar ərəb müttəfiqlərinə xəyanət etdilər və onları məyus etdilər”, - deyə Lavrov qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr