Əməkdar artist Vasif Məhərrəmli qalmaqallı açıqlaması ilə yenidən gündəmə gəlib və bu dəfə dedikləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Bir dəfə bir məclisə getmişdim. Qarşıdakı masada 4-5 xanım əyləşmişdi, hamısı da estetikli idi, əcaib görünürdülər. Həm yandan, həm qarşıdan – üz, diş, dodaq... hamısı əcaib! Bu nə görüntüdür? Xanımlar, sizin axırınız necə olacaq, siz belə hara gedirsiniz?”
Bu açıqlama qısa zamanda sosial mediada rezonans doğurub. İstifadəçilərin əksəriyyəti müğənninin fikirlərini sərt tənqid edərək onu ikili standartlarda ittiham ediblər. Şərhlərdə “özün kişi ola-ola üzündə botoks və əməliyyatlar var, əvvəl özündən danış” kimi fikirlər geniş yer alıb.
Lakin müğənnini dəstəkləyənlər də tapılıb və onlar estetik müdaxilələrin ifrat həddə çatmasının doğrudan da narahatedici olduğunu qeyd ediblər.