AZ

BDYPİ yağıntılı hava ilə bağlı sürücülərə müraciət edib

Bakı. Trend:

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinlihava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yolhərəkəti üçün əlavə çətinliklər yaradır. Görmə məsafəsininməhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskiniəhəmiyyətli dərəcədə artırır.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)sürücülərə müraciətində qeyd olunub.

"Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarəedərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, araməsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr vəötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texnikibaxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin sazvəziyyətdə olması diqqətdə saxlanılmalıdır.

Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli,hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı,xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinədiqqət yetirməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, mürəkkəbhava şəraitində yollarda təhlükəsizliyin təmin olunması hər birhərəkət iştirakçısının məsuliyyətli davranışından birbaşaasılıdır", - deyə müraciətdə bildirilib.

Məqalədə:
Seçilən
17
31
az.trend.az

10Mənbələr